Əliyev tarixi qoruduğunu bildirir, Bayırşəhər isə sökülməyə davam edir

İlham Əliyev şəhərsalma forumunda deyib ki, Azərbaycan öz tarixi irsini qayğı ilə qoruyur. O vurğulayıb ki, təkcə Bakı deyil, Azərbaycanın bir çox qədim şəhərləri də öz memarlığı ilə qürur duya bilər.

Lakin qədim tarixə malik Bayırşəhər sakinləri təhqir və təhdid olunurlar. Evlərindən çıxmayan sakinlər deyir ki, tarixi abidələri zədələməklə yanaşı, insanlar evdə ikən mənzillərini alova verirlər. Prezidentə müraciət edənləri isə bir-bir çağırıb, təhdid edirlər.

Ana səhifəXəbərlərƏliyev tarixi qoruduğunu bildirir, Bayırşəhər isə sökülməyə davam edir