Hesablama Palatası 2022-2025-ci illər üzrə aparılan audit zamanı aqrar subsidiya sistemində yüz milyonlarla manatlıq pozuntu, uyğunsuzluqlar aşkarladığını bildirib. Hətta şumlanmamış torpaqlara görə subsidiya ayrılıb, tamamilə məhv olmuş torpaqlara görə milyonlarla dövlət vəsaiti ödənilib, 10 şirkət həm istehsalçıdır, həm də alıcı.