Azərbaycan Avropa Siyasi Birliyinin Ermənistandakı sammitində iştirak etməyəcək

Azərbaycan, Avropa Birliyi, Ermənistan – Foto: ChatGPT

Azərbaycan Avropa Siyasi Birliyinin may ayında Ermənistanda keçiriləcək 8-ci sammitində iştirak etməyəcək.

Bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin qrafikində belə bir səfər nəzərdə tutulmayıb.

Avropa Siyasi Birliyinin 8-ci sammiti mayın 4-də Ermənistanda təşkil olunacaq. Bu qurum 2022-ci ildə, xüsusilə Ukraynadakı müharibədən sonra Avropada təhlükəsizlik və sabitliyi artırmaq məqsədilə yaradılıb. Onun 7-ci sammiti ötən il Danimarkada keçirilib. Hazırda planlaşdırılır ki, 2026-cı ilin yaz sammiti Ermənistanda, 2028-ci ilin yazında isə Azərbaycanda keçirilsin.

Bundan öncə Azərbaycan Milli Məclisinin nümayəndə heyəti ötən il oktyabrın 28-30-u Yerevanda keçirilmiş 12-ci plenar sessiyasında iştirak etməmişdi. Həmin vaxt bu addım Avronest PA-nın yarısını təşkil edən Avropa Parlamentinin qəbul etdiyi bəzi sənədlər və bəyanatlar Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə zidd olduğu üçün atıldığı bildirilmişdi. Bu qərarın tədbirin Ermənistanda keçirilməsi ilə bağlı olmadığı qeyd olunmuşdu.

Ana səhifəSiyasətAzərbaycan Avropa Siyasi Birliyinin Ermənistandakı sammitində iştirak etməyəcək