Mehriban Rəhimli: “Mənim cinayət işim hüquq adına utancdır”

Foto: Mehriban Rəhimlinin şəxsi arxivindən

Fevralın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində “QHT işi” üzrə ittiham olunan ABŞ-nin German Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimlinin məhkəməsi başlayıb.

Hakim Namiq Kərimov sədrliyi ilə keçirilən məhkəmədə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəməsinin başlamasına sosial şəbəkə hesabında münasibət bildirən Mehriban Rəhimli cinayət işini absurd adlandırıb.

17 il sonra mənə dövlət orqanları söyləyirlər ki, mən 17 il məsləhətçisi olduğum təşkilatdan hər ay məvacib deyil, qrant almışam. Absurdun səviyyəsinə baxın. Görəsən dünyada helə bir hökümət və ya təşkilat varmı adama 17 il hər ay eyni məbləğdə qrant versin? Mənim cinayət işim hüquq adına utancdır, – deyə Rəhimli yazıb.

2025-ci il martın 24-də ABŞ German Marşal Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli “QHT işi” çərçivəsində istintaqa cəlb olunub və polis nəzarətinə verilib.  

QHT işi üzrə həbslər 2025-ci ildən başlayıb. Bəşir Süleymanlı vətəndaş cəmiyyəti nümayəndələri ilə birlikdə qeyri-hökumət təşkilatlarına (QHT) qarşı başlanmış cinayət işi çərçivəsində həbs edilib.

Həmin vaxt onunla yanaşı Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) həbs olunub.  Apreldə daha üç nəfər – ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə haqqında da eyni qərar verilib. İstintaq dövrü üçün vətəndaş cəmiyyətinin xeyli sayda fəalı haqqında həbsə alternativ qətimkan tədbiri seçilib. Bunların sırasında “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov başqaları var. Qalib Bayramov və Nərgiz Muxtarova barəsində də polisin nəzarəti altına vermə tədbiri seçilib.

Adları çəkilən şəxslərlə yanaşı, Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında bu cinayət işi üzrə həbsli axtarış qərarı verilib.

Onlar Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərini sui-istifadə etmə və vəzifə saxtakarlığı maddələri ilə ittiham olunurlar.

Ana səhifəSiyasətMehriban Rəhimli: “Mənim cinayət işim hüquq adına utancdır”