Əli Kərimlinin həbs müddəti uzadılıb

Əli Kərimli – Foto: Meydan TV

Fevralın 9-da Səbail Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs qətimkan müddətinin uzadılması barədə növbəti məhkəmə prosesi keçirilib. 

Məhkəmənin qərarı ilə Əli Kərimlinin həbs müddəti daha 4 ay uzadılıb.

Partiyadan Meydan TV-yə bildirib ki, bu qərar son dərəcə absurd və siyasi sifariş əsasında verilmiş bir qərardır. 

Verilən məlumata görə, məhkəmə prosesi qapalı keçirilib. Bundan başqa cəbhəçilərin məhkəmə binasının önünə yaxınlaşmasına maneələr yaradılıb. 

AXCP sədri Əli Kərimli ötən il noyabrın 29-da saxlanılıb.

Onun barəsində dekabrın 1-də Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunub. Həmin gün Səbail rayon məhkəməsində onun barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. 

Hökümətyönlü media onun Ramiz Mehdiyev işinə görə saxlanıldığını yazır.

Ana səhifəSiyasətƏli Kərimlinin həbs müddəti uzadılıb