Azərbaycandakı siyasi məhbuslardan Tramp Adminstrasiyasına və ABŞ konqresmenlərinə
Açıq məktub:
Biz, Azərbaycandakı siyasi məhbuslar, Sizə müraciət edərək diqqətinizi ölkəmizdəki insan hüquqları ilə bağlı acınacaqlı duruma çəkmək istəyirik.
Cənubi Qafqazın ən avtoritar ölkəsi olan Azərbaycanda son illər insan hüquqları total şəkildə pozulur, bütün müstəqil media və vətəndaş cəmiyyəti fəalları, siyasi aktivistlər, tənqidçi akamediklər və müxalif siyasi liderlər əsassız ittihamlarla həbs edilib. Ölkədə media, ifadə və sərbəst toplaşma azadlıqları tam məhdudlaşdırılıb.
Qərarlar siyasi sifariş əsasında verildiyindən yerli məhkəmələrdə məhbusların elementar hüquqları təmin edilmir, həmçinin beynəlxalq məhkəmələrin qərarları icra olunmur. Bununla yanaşı, Azərbaycan hakimiyyəti beynəlxalq çağırışlara məhəl qoymur, insan hüquqları ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmir, əksinə, repressiv siyasətini hər gün daha da sərtləşdirir. Ölkə daxilində siyasi məhbusların hüquqlarını müdafiə edən şəxslər təyziqlərə məruz qalır. Bu da yeni həbslərə və ya fəalların ölkəni tərk etməsinə səbəb olur.
ABŞ-nin yaranma fəlsəfəsinin əsas prinsiplərindən və xarici siyasətinin prioritetlərindən biri də dünyada insan azadlıqlarını və demokratik dəyərləri müdafiə etməkdir. Ona görə də Belarus və Venasueladakı ABŞ-nin siyasi məhbuslarla bağlı təcrübəsinə istinad edərək Sizi Azərbaycandakı insan hüquqları ilə bağlı vəziyyəti diqqətdə saxlamağa və əməli addımlar atmağa çağırırıq!
- Şəmşad Ağa – jurnalist
- Aynur Elgünəş – jurnalist
- Natiq Cavadlı -jurnalist
- Aysel Umudova -jurnalist
- Aytac Tapdıq – jurnalist
- Ramin Deko ( Cəbrayılzadə) – jurnalist
- Xəyalə Ağayeva – jurnalist
- Ülviyyə Əli (Quliyeva) – jurnalist
- Bəhruz Səmədov – akamedik
- Tofiq Yaqublu – siyasətçi
- İmran Əliyev – jurnalist
- Fatimə Mövlamlı – jurnalist
- Nurlan Libre (Qəhrəmanlı) – jurnalist
- Niyaməddin Əhmədov – AXCP üzvü, siyasi fəal
- Əhməd Muxtarov – jurnalist
- Məmməd Məmmədzadə – vətəndaş Cəmiyyəti fəalı
- Afiəddin Məmmədov – işçi hüquqları fəalı
- Rüfət Səfərov – hüquq müdafiəçisi