“Velizar” adı ilə tanınan bloger həbs edilib

İllüstrasiya: MeydanTV

Fevralın 2-də “TikTok” sosial şəbəkəsində “Velizar” adı ilə tanınan bloger Salman Məmmədov inzibati qaydada həbs edilib. 

Salmanov İnzibati Xətalar  Məcəlləsinin internetdə yayılması qadağan edilmiş informasiyanın yerləşdirilməsi maddəsi ilə ittiham olunur.

O, son günlər “TikTok”sosial şəbəkəsində canlı yayım açaraq yardım məqsədi ilə pul toplayırdı. Onun canlı yayımına insanların bu qədər maraq göstərməsi müzakirələrə səbəb olmuşdu.

Bir müddət əvvəl Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilmiş dəyişiklikləri təsdiqlədi. Belə ki, qanuna əsasən kütləvi şəkildə ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik yaradan əxlaqsız ifadələrin, jestlərin və ya bədən hissələrinin milli-mənəvi dəyərlərə zidd formada nümayişini əks etdirən məlumatların yayılması qadağan olunub. 

Ana səhifəSiyasət“Velizar” adı ilə tanınan bloger həbs edilib