“QHT işi” üzrə ittiham olunan daha bir nəfərin məhkəməsi başlayır

Foto: Mehriban Rəhimlinin şəxsi arxivindən

“QHT işi” üzrə ittiham olunan ABŞ-nin German Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimlinin məhkəməsi başlayır.

İşə hakim Namiq Kərimovun sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Proses fevralın 11-nə təyin edilib.

2025-ci il martın 24-də ABŞ German Marşal Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli “QHT işi” çərçivəsində istintaqa cəlb olunub və polis nəzarətinə verilib.  

QHT işi üzrə həbslər 2025-ci ildən başlayıb. Bəşir Süleymanlı vətəndaş cəmiyyəti nümayəndələri ilə birlikdə qeyri-hökumət təşkilatlarına (QHT) qarşı başlanmış cinayət işi çərçivəsində həbs edilib.

Həmin vaxt onunla yanaşı Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) həbs olunub.  Apreldə daha üç nəfər – ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə haqqında da eyni qərar verilib. İstintaq dövrü üçün vətəndaş cəmiyyətinin xeyli sayda fəalı haqqında həbsə alternativ qətimkan tədbiri seçilib. Bunların sırasında “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov başqaları var. Qalib Bayramov və Nərgiz Muxtarova barəsində də polisin nəzarəti altına vermə tədbiri seçilib.

Adları çəkilən şəxslərlə yanaşı, Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında bu cinayət işi üzrə həbsli axtarış qərarı verilib.

Onlar Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərini sui-istifadə etmə və vəzifə saxtakarlığı maddələri ilə ittiham olunurlar.

Ana səhifəSiyasət“QHT işi” üzrə ittiham olunan daha bir nəfərin məhkəməsi başlayır