İctimai fəal sosial mediada yazdıqlarına görə həbs edilib

Həbs. Mənbə: Maxx-Studio/shutterstock

İctimai fəal Könül Əhmədova yanvarın 22-də Xəzər Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbsə məhkum edilib.

Bu barədə Meydan TV-yə onun yaxınları məlumat verib. 

Onların sözlərinə görə, Xəzər Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin rəisi Elnur İsmayılov Əhmədovaya zəng edərək onu polis bölməsinə dəvət edib. İctimai fəalsa polis bölməsinə getməkdən imtina edib.  

Bundan sonra Könül Əhmədova Binə qəsəbəsində rəis Elnur İsmayılovla görüşüb. Daha sonra İsmayılov Xəzər rayon 3 saylı  polis bölməsinə aparılıb. Bir neçə saat saxladıqdan sonra onu Xəzər rayon məhkəməsinə göndəriblər. 

Məhkəmə onun barədə 10 sutkalıq həbs qərarı çıxarıb. 

Yaxınları bildirib ki, o polis bölməsində olarkən şəxsi telefonu vasitəsilə sosial media hesabına giriş edilib və Elnur İsmayılovun onu polisə çağırması ilə bağlı yazdığı status və bir neçə postu silinib. 

O, özü yaxınlarına bildirib ki, sosial şəbəkələrdə SancaqMedia və Meydan TV səhifəsində yazdığı şərhə görə həbs edilib. 

“Həyat yoldaşı onun saxlanılması, həbsi və nədə ittiham olunduğu barədə 102 qaynar xəttinə zəng edib məlumat almağa çalışsa da, ona heç bir məlumat verilmir”, – yaxınları belə deyib.

Ana səhifəSiyasətİctimai fəal sosial mediada yazdıqlarına görə həbs edilib