Əli Kərimli hakimiyyəti zorla ələ keçirməyə cəhd maddəsi ilə ittiham olunur

AXCP-nin sədri Əli Kərimlinin saxlanıldığı və evində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən axtarış aparıldığı bildirilir. Bu barədə partiyanın üzvləri tərəfindən sosial şəbəkələrdə məlumatlar yayılıb. Əli Kərimlinin saxlanılma səbəbi barədə məlumat verilməyib. Hökumətyönlü mediaların yazdığına görə Əli Kərimlinin evində Ramiz Mehdiyev işi ilə bağlı axtarış aparılıb. Digər məlumata görə, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim də polislər tərəfindən saxlanılıb və onun da evində axtarış aparılır.

Ana səhifəVideoƏli Kərimli hakimiyyəti zorla ələ keçirməyə cəhd maddəsi ilə ittiham olunur