“Rejimin müxalifətə qarşı yeni repressiya dalğası başlayıb”

AXCP son günlər müxalifət təmsilçilərinə qarşı aparılan həbsləri “ailə hakimiyyətinin genişmiqyaslı repressiya kampaniyası” adlandırır. Partiya sədri Əli Kərimli, Milli Şura sədri Cəmil Həsənli, Gültəkin Hacıbəyli və digər funksionerlərə qarşı irəli sürülən ittihamların siyasi motivli olduğu bildirilir.

Noyabrın 29–30-da Əli Kərimli və bir neçə AXCP üzvünün evində axtarış aparılıb, saxlanmalar və dindirmələr həyata keçirilib. Cəmil Həsənlinin ölkədən çıxışına qadağa qoyulub, Gültəkin Hacıbəyli isə İstanbulda saxlanıldığını açıqlayıb.

Partiya dövlət çevrilişi iddialarını rədd edir. Rəsmi qurumlar isə ittihamların mahiyyəti barədə hələlik məlumat vermir.

Ana səhifəVideo“Rejimin müxalifətə qarşı yeni repressiya dalğası başlayıb”