Deputat hesab edir ki, büdcənin 41 faizi – yəni 17 milyard manatdan çoxu sosial sahəyə ayrılırsa və bu, 2025-ci illə müqayisədə 213 milyon manat artıqdırsa, deməli 2026-cı ildə əhali daha yaxşı yaşayacaq. Müstəqil iqtisadçı isə deyir ki, inflyasiyanın miqyasını nəzərə alanda, faktiki olaraq sosial xərclər azalmış olur. Əhalinin qazancının böyük hissəsi ərzaqa gedir. Ölkədə ərzaq inflyasiyası 8 faizdən çoxdur. “Üstəlik, 17 milyardın sosial sahəyə ayrılıb ayrılmayacağı da sual doğurur”