Əfqan Sadıqov həbs olunub

Yenilənib

Əfqan Sadıqov. Foto: Sevinc Sadıqovanın Facebook səhifəsi

Gürcüstanda yaşayan azərbaycanlı jurnalist, Azel TV saytının rəhbəri Əfqan Sadıqov həbs olunub. 

Bu barədə Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova öz facebook səhifəsində məlumat yayıb.

Sevinc Sadıqova bildirib ki, Əfqan Sadıqov 14 sutkalıq azadlıqdan məhrum edilib. 

“Əfqan Sadıqov məhkəmədə bildirib ki, aksiyaya təsadüfən getməyib. O, hər gün aksiyalarda iştirak edir və əzilmiş haqqı-hüququ pozulan Gürcü xalqı ilə həmrəydir. Daha sonra bildirib ki, ona 14 sutka yox, 1 il həbs cəzası da verilə bilərdi, çünki azad olunduğu halda, yenə Gürcü xalqının mövqeyini dəstəkləyəcək və xalqın yanında olacaq”.

Əfqan Sadıqov. Foto: Sevinc Sadıqovanın Facebook səhifəsi


Gürcüstanda yaşayan azərbaycanlı jurnalist Əfqan Sadıqovun saxlanıldığı deyilir.

Bu barədə Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova öz facebook səhifəsində məlumat yayıb.

O bildirib ki, bir neçə gün əvvəl Əfqan Sadıqov parlament binasının qarşısında Bidzina İvanişvili və Putinin şəkillərinin yandıraraq etiraz edib.

“Görünür ki, Bidzina İvanişvili rejimi, xüsusilə də İvanişvili özü, Əfqandan qisas alıb. Diktatura belə hərəkətlərə qarşı sərt reaksiya göstərir. Diktatorların sonu yoxdur və onlar xalqın düşmənidir. Əfqan isə bu reallığı çox yaxşı anlayır, çünki Azərbaycanda da rejim eyni cür insanları hədəfə alır və məhv edir, Gürcüstanda olduğu kimi”, – deyə Sevinc Sadıqova yazıb.

Azel TV-nin təsisçisi və baş redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də isə Azərbaycanda saxlanmışdı. Ona Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü. 2017-ci il yanvarın 12-də Cəlilabad rayon Məhkəməsi onu 2 il yarım müddətinə azadlıqdan məhrum etmişdi. Həmin ilin noyabrında isə Ali Məhkəmə Ə.Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaltmışdı. O, 2018-ci il mayın 23-də azadlığa çıxıb. 

Bundan sonra 2020-ci il mayın 13-də  Əfqan Sadıqov yenidən saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.TV saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq 7 il müddətinə azadlıqdan məhrum edib. 2021-ci il yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi Əfqan Sadıqovun barəsində verilən hökmü qismən dəyişib, 7 il həbs cəzasını 6 ilə endirib. O, 2022-ci ildə əfv sərəncamı ilə azad olunub.

2023-cü ildə Sadıqov Gürcüstana köçüb, 2024-cü ilin avqustunda isə Azərbaycan hakimiyyətinin sorğusu əsasında ekstradisiya məqsədilə orada saxlanılıb. Jurnalist Azərbaycan Cinayət Məcəlləsinin 188.2.2-ci və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətdə – “hədə-qorxu ilə tələb etmə, tanımadığı şəxsin külli miqdarda əmlakını ələ keçirmə, təhqiredici məlumat yaymaqla hədələmə”də ittiham olunub.2025-ci il fevralın 28-də Avropa İnsan Hüquqları Məhkəməsi Əfqan Sadıqovun işi ilə bağlı qərar verərək, “məsələnin mahiyyəti AİHM tərəfindən araşdırılıb başa çatana qədər” onun Azərbaycana ekstradisiyasını qadağan etmişdi.

Aprelin 16-da təqribən 8 aylıq həbsdən sonra məhkəmənin qərarı ilə həbsdən buraxılıb. Məhkəmə onu 5 min lari (3 min manat) məbləğində girov qarşılığında azadlığa buraxmışdı.

Sadıqova həmçinin onu da deyib ki, saxlanılandan bir neçə saat sonra Əfqan Sadıqovdan xəbər almaq mümkün olmayıb. O vurğulayır ki, Sadıqovun harada, necə saxlanıldığından və zorakılığa məruz qalıb qalmamasından məlumatsızdır.

İvanişvili Əfqandan qisas almaq üçün onun hərəkətlərini məhdudlaşdırır, azadlığını əlindən alır və onu faktiki olaraq oğurlayır. Həbs etmək başqa, oğurlamaq isə tamamilə fərqli bir şeydir. Gürcüstan hakimiyyəti isə ictimaiyyətə məlumat təqdim etməyib. Yalnız məsələ ictimailəşdikdən sonra deyiblər ki, bəli, Əfqanı saxlamışıq. Hətta hüquq müdafiəçisi Gürcüstan Daxili İşlər Nazirliyinə müraciət edərkən onlar Əfqan Sadıqov haqqında məlumatsız olduqlarını bildirmişdilər”.

Ana səhifəXəbərlərƏfqan Sadıqov həbs olunub