”Bayırşəhəri məhv edənlər Azərbaycan xalqının düşmənləridir”

Bakının qala divarlarının çölündə salınan, 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində neft bumu dövründə inkişaf edən, Avropa və Şərq memarlığının kəsişdiyi Bayırşəhər hazırda yoxa çıxmaq təhlükəsilə üz-üzədir.

Sakinlər deyirlər ki, buradakı söküntü işləri qanunsuzdur, çünki ərazi Bakı şəhərinin Baş planı 2040-da xüsusi mühafizə zonası kimi göstərilib. Bu, o deməkdir ki, ərazidə yerləşən istər ölkə əhəmiyyətli abidə, istər yaşayış binası qorunmalıdır. Bərpa və ya yenidənqurma lazım olarsa, bu, yalnız qanunla müəyyən edilmiş müvafiq orqanlar və mütəxəssislər tərəfindən aparılmalıdır. 

Amma sakinlər hədə-qorxu ilə ərazidən çıxarılır, ərazidə qanunsuz söküntüləri lentə alanlar hücuma məruz qalır, Bayırşəhərin qorunması üçün kampaniya aparanlar cərimələnir, qorxudulur.  

Foto: Sosial şəbəkələr

Sakinlər, memar və ziyalılar deyirlər ki, burada məhv edilən təkcə tarixi binalar deyil, milli irs, tarix və tolerantlıq da hücum hədəfidir. 

Bakı Şəhəri İcra Hakimiyyəti şəhərin yeni Baş Planına uyğun olaraq Bayırşəhərin də daxil olduğu ərazilərdə, 20-ci əsrin əvvəllərində tikilmiş, istismar müddətini başa vurmuş, həmçinin “şəhərin görkəminə xələl gətirən” tikililərin sökülməsi, yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınaraq köçürülməsi üçün komissiya yaradıb. Hərçənd ərazinin sökülməsi çoxdan planlanmış, binalar nömrələnmişdi. Sakinlər deyirlər ki, bu ərazilərdə binaların restavrasiyası turizm baxımından da faydalı ola bilər. 

Bayırşəhər sakinləri, memar və ziyalılar uzun müddətdir söküntü işlərinə mane olmağa çalışırlar, bütün hüquqi yollardan istifadə edib, “Olan-qalan Bakı üçün SOS” deyirlər. Amma icma vandalizm adlandırdığı aktlar qarşısında acizdir.

Bayırşəhər, Foto: Fəridə Ziyadova

Bayırşəhər, 15.10.2025, Foto: Fəridə Ziyadova

Ana səhifəXəbərlər”Bayırşəhəri məhv edənlər Azərbaycan xalqının düşmənləridir”