Xəyalə Ağayevanın apellyasiya şikayəti təmin olunmayıb

Xəyalə Ağayeva. İllüstrasiya: Meydan TV

Sentyabrın 29-da Bakı Apellyasiya Məhkəməsində “Meydan TV işi” üzrə ittiham olunan jurnalist Xəyalə Ağayevanın həbs müddətinin uzadılmasından verilmiş şikayətə baxılıb.

Prosesə hakim Zamin İbrahimov sədrlik edib.

Xəyalə Ağayeva 2024-cü il dekabrın 6-da saxlanılıb.

Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.2025-ci il avqustun 28-də "Meydan TV işi" üzrə ittihamlar ağırlaşdırılıb və hazırda onlar Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham olunurlar.

Bu iş üzrə Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri  ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Jurnalistin apellyasiya şikayəti təmin olunmayıb.

Ana səhifəSiyasətXəyalə Ağayevanın apellyasiya şikayəti təmin olunmayıb