Qırğızıstanda iki jurnalist 5 il müddətinə həbs olunub

Foto: Kloop

Qırğızıstanda müstəqil “Kloop” media qurumunun keçmiş video redaktorları Joomart Duulatov və Aleksandr Aleksandrov məhkəmə qərarı ilə “ictimai asayişi pozmaq” və “yalan məlumat yaymaq” ittihamları ilə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Jurnalistlərin vəkili ittihamların saxta olduğunu və onların ədalətsiz şəkildə məhkum edildiyini bildirib.

“Kloop”un mühasibləri olan iki digər şəxsin isə şərti cəza aldığı qeyd olunub.

2025-ci ilin əvvəlində təhlükəsizlik orqanları “Kloop”un hazırkı və keçmiş əməkdaşlarının evlərində axtarış aparıblar, Duulatov və Aleksandrovu həbs edib və avadanlıqları isə müsadirə ediblər.

Hüquq müdafiəçiləri bu məhkəmə prosesini siyasi motivli və müstəqil medianı susdurmağa yönəlmiş daha geniş bir kampaniyanın tərkib hissəsi kimi qiymətləndiriblər.

2007-ci ildə yaradılmış “Kloop” korrupsiya və insan hüquqları ilə bağlı apardığı araşdırmalarla tanınır.

Son illərdə bu quruma qarşı təzyiqlər artıb. Hakimiyyət orqanları onu bağlamağa və fəaliyyətini məhdudlaşdırmağa çalışır.

Hazırda “Kloop”un qalan əməkdaşları xaricdən fəaliyyət göstərir, onun internet səhifəsi isə Qırğızıstanda bloklanıb.

Son bir neçə ildə Qırğızıstanda müstəqil jurnalistlərə və media fəallarına qarşı təzyiqlər və həbs hallarının sayı artıb. Xüsusilə 2020-ci ilin inqilabından sonra hakimiyyət dəyişiklikləri mətbuat azadlığına mənfi təsir göstərib.

2024-cü ilin yanvarında “hakimiyyətə qarşı kütləvi iğtişaşlar” ittihamı ilə həbs olunan 11 jurnalist həbs olunub.

Ana səhifəDünyaQırğızıstanda iki jurnalist 5 il müddətinə həbs olunub