Bu gün, iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycana işgüzar səfərə gəlib.
Səfər çərçivəsində imzalanan sənədlər arasında SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ilə Suriya Ərəb Respublikasının Hökuməti arasında imzalanmış anlaşma memorandumu da olub. Memorandum energetika sahəsində qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini və inkişaf perspektivlərini əhatə edir.
İmzalanan memorandum çərçivəsində SOCAR və Suriya hökuməti enerji sahəsində birgə layihələrin reallaşdırılması, texniki dəstək, mütəxəssis hazırlığı və investisiya imkanlarının dəyərləndirilməsi kimi sahələrdə əməkdaşlıq edəcəklər.
Səfər çərçivəsində əldə edilmiş razılaşmalardan biri də Azərbaycan təbii qazının Türkiyə ərazisi vasitəsilə Suriyaya ixracını nəzərdə tutur. Layihənin yaxın zamanlarda reallaşdırılması planlaşdırılır.