Jurnalistin həbsindən apelyasiya şikayəti verilib
Jurnalist Şahnaz Bəylərqızının həbsindən apelyasiya şikayəti verilib. Jurnalistin vəkili Bəxtiyar Hacıyevin sözlərinə görə o, bu gün 1 saylı Bakı İstintaq Təcridxanasında Şahnaz Bəylərqızı ilə görüşüb.
Vəkil bildirib ki, ciddi sağlamlıq problemlərilə əlaqədar Bəylərqızı tibbi müşahidəyə götürülüb.
Jurnalistin tibbi müayinəsi aparılıb, şəkərli diabetin səviyyəsini ölçmək üçün qan nümunələri götürülüb. Bəylərqızına evdən dərmanlar da gətiriblər.
2023-cü ilin noyabrından bu yana Azərbaycanda 30-dan artıq jurnalist həbs olunub.
Onların arasında “Meydan TV”, “AbzasMedia”, “Toplum TV”, Kanal 13”, “meclis.info” kimi tənqidçi media orqanlarının rəhbərləri və çoxsaylı əməkdaşları var.
Jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb. Lakin onlar bu ittihamı rədd edir, jurnalist fəaliyyətlərinə, korrupsiya araşdırmalarına görə həbs olunduqlarını bildirirlər.