Polisin sürücünü nəzarətə götürdüyü deyilir
Dekabrın 20-də Almaniyanın Maqdeburq şəhərindəki Milad bazarında avtomobilin izdihamın üzərinə çırpıldığı bildirilir.
Alman mediasının məlumatına görə, azı iki nəfər həlak olub.
Regional hökumət sözçüsü hadisəni hücum adlandırıb.
Şəhər sözçüsü Maykl Reif çoxlu sayda insanın yaralandığını deyib.
Yaralıların sayının 80 nəfər civarında olduğu bildirilir.
Yerli hökumət mənbələrinin məlumatına görə, polis sürücünü nəzarətə götürüb.
Hakimiyyət Milad bazarını bağlayıb və təcili yardım xidmətləri hadisə yerindədir.