Laçında zəlzələ qeydə alınıb

Foto: arxiv

Hər hansı dağıntı və xəsarət olmadığı bildirilir

Noyabrın 23-də Laçın rayonunda zəlzələ qeydə alınıb. Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata əsasən, Zəlzələlərin Tədqiqatı Bürosu Azərbaycanda 4.5 maqnitudalı zəlzələ qeydə alıb. Yerlatı təkanlar 10 km dərinlikdə, yerli vaxtla 12:10-da baş verib.

Məlumatda bildirilir ki, zəlzələ Ağdam stansiyasından 74 km cənub-qərbdə olub.

Fövqəladə Hallar Nazirliyi hər hansı dağıntı və ya insan xəsarəti olmadığını deyir.

Laçında baş verən zəlzələ Ermənistanın Gorus, Mehri, Qafan və daha bir neçə ərazisində hiss olunub. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ana səhifəSosialLaçında zəlzələ qeydə alınıb