Ermənistan dəvət alsa da, COP29- da iştirak etmək üçün Azərbaycana nümayəndə heyəti göndərmədi. Ermənistanın COP29-a gəlməməsi onlar üçün itirilmiş fürsətdirmi? Bu, iki ölkə arasındakı sülh danışıqlarına təsir edəcəkmi?
Ermənistanın XİN müavini COP29-a qatılmaq qərarını sülh sazişi bağlamaq yolundakı irəliləyiş və Azərbaycanda saxlanılan ermənilərin azad edilməsi ilə əlaqələndirmişdi.
“Ermənistan tərəfi Azərbaycanda saxlanılan siyasi əsirlərin azad edilməsində razılığa gələ bilməyiblər. Çox güman ona görə də, geri- Ermənistana əliboş qayıtmamaq üçün COP29-a gəlmədilər”