Azərbaycan əsgərinin həyatına qəsd etdiyi bildirilir

Əsgər. Foto: Meydan TV

Prokurorluq hadisəni araşdırdığını deyir

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Anar Hüseynovun özünü öldürdüyü bildirilir.

Bu barədə noyabrın 6-da Azərbaycan Hərbi Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunur ki, Ağdam Hərbi Prokurorluğu və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin  əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər:

“Onlar iş üçün əhəmiyyət kəsb edən predmetləri maddi sübut kimi götürüb və digər hərəkətlər icra ediblər”.

Fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb:

“Şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib”.

Meydan TV intihar edən əsgər Anar Hüseynovun yaxınları ilə əlaqə yarada bilməyib.

Ana səhifəXəbərlərAzərbaycan əsgərinin həyatına qəsd etdiyi bildirilir