Avropa Liqası: “Qarabağ” növbəti dəfə uduzub

Foto: Meydan TV

“Ayaks” Bakıda keçirilən oyunda qələbəyə sevinib

“Qarabağ” komandası oktyabrın 24-də UEFA Avropa Liqasında Liqa mərhələsinin 3-cü turunun oyununa çıxıb.

Azərbaycan çempionu Niderlandın “Ayaks” komandası ilə üz-üzə gəlib. Saat 20:45-də start götürən oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.

Foto: Meydan TV

Qarşılaşma Niderland təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ”dan Julio Romao matçın 15-ci, Elvin Cəfərquliyev isə 79-cu dəqiqəsində qırmızı vərəqə görərək, meydandan qovulub.

“Qarabağ” 1-ci turda İngiltərədə “Tottenhem”ə (0:3), daha sonra isə Bakıda İsveçin “Malmö” komandasına uduzmuşdu – 1:2. Bu, “köhlən atlar”ın Avropa Liqasında ardıcıl üçüncü məğlubiyyəti olub.

Ana səhifəİdmanAvropa Liqası: “Qarabağ” növbəti dəfə uduzub