Amerikalı aktrisanın Navalnının xatirələrini oxuması diqqət çəkib

Aleksey Navalnı. Foto: Meydan TV

Rusiyalı müxalifətçinin xatirələrini Amerikanın “Knopf” nəşriyyatı çap edib

Amerikalı aktrisa Sara Çessika Parker “And Just Like That” filminin çəkiliş meydançasına Aleksey Navalnının xatirələrindən ibarət “Patriot” kitabı ilə gəlib.

“And Just Like That” 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində yayımlanan “Sex and the City” serialının davamıdır.

Parker filmdə baş qəhrəman, yazıçı və jurnalist Keri Bredşou rolunda çəkilir.

Foto Britaniyanın “Vogue” jurnalında “Carey Bradshaw Is Politically Woke” (Kerri Bredşou siyasi cəhətdən oyandı) başlığı altında dərc olunub.

Nəşrin müəllifi belə qənaətə gəlib ki, fotoda Sara Cessika Parker canlandırdığı Kerri Bredşonun səhnə obrazındadır, yəni serialın qəhrəmanı Navalnının xatirələrini oxuyur.

“Vogue” yazır ki, fotoşəkillər oktyabrın 22-də kitabın işıq üzü gördüyü gün çəkilib.
Navalnının xatirələrini Amerikanın “Knopf” nəşriyyatı çap edib. Kitab iki hissədən ibarətdir. Birincisi siyasətçinin tərcümeyi-halı, ikincisi Navalnının istintaq təcridxanası və koloniyadakı həyatını qeyd etdiyi həbsxana gündəliyidir. Kitab 36 ölkədə 26 dildə nəşr olunub.

Rusiya müxalifətçisi Aleksey Navalnının ölüm xəbəri 2024-cü il fevralın 16-da yayılıb.

Aleksey Navalnı 2021-ci ilin fevralında Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” Hava Limanında saxlanılıb.

Avqustun 4-də Moskva Şəhər Məhkəməsi Aleksey Navalnıya ekstremist birlik yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib.

Ana səhifəXəbərlərAmerikalı aktrisanın Navalnının xatirələrini oxuması diqqət çəkib