Ömər Öcalan Abdullah Öcalanla görüşündən danışdı

Ömər Öcalan. Foto: Şəxsi Facebook səhifəsindən

“Əgər şərait yaranarsa, mənim bu prosesi münaqişə və zorakılıq zəminindən hüquqi və siyasi zəminə daşımaq üçün nəzəri və praktiki gücüm var”

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçəlinin həbsdə olan PKK lideri Abdullah Öcalanla çağırışına qarşı tərəfdən reaksiya gəlib.

Oktyabrın 23-də DEM Partiyasının millət vəkili və Öcalanın qardaşı oğlu Ömər Öcalan “X” (Twitter) hesabında paylaşım edib. O, PKK lideri Abdullah Öcalanla görüşdüyü haqda yazıb.
İmralı adasına səfərin “ailə görüşü” çərçivəsində olduğunu deyən Ömər Öcalan belə yazıb:

“Abdullah Öcalanın təcridi davam edir. Əgər şərait yaranarsa, mənim bu prosesi münaqişə və zorakılıq zəminindən hüquqi və siyasi zəminə daşımaq üçün nəzəri və praktiki gücüm var”.

Liderin təcrid olunması aradan qaldırılsa, Türkiyə Böyük Millət Məclisində DEM Partiyasının qrup toplantısında gəlib çıxış etməlidir. Söyləsin ki, terror tamamilə bitdi, təşkilat ləğv olundu. Əgər o, bu qətiyyəti göstərərsə, hüququndan istifadə ilə bağlı hüquqi tənzimləmə aparılmalı və ondan faydalanmasının yolu geniş olmalıdır”.

Ömər Öcalan əmisi ilə sonuncu dəfə 2020-ci ilin martında görüşdüyünü əlavə edib:

“Cənab Abdullah Öcalanla son görüş martın 3-də, 2020-ci ildə olub. Ailə olaraq cənab Öcalanla illər sonra dünən, oktyabrın 23-də görüşdük. Biz qanuni hüququmuz olan adi ailə ziyarətinin şəraitdən asılı olmayaraq davam etməsini istəyirik”.

Oktyabrın 22-də Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçəli demişdi ki, Öcalan təşkilata silahlarını yerə qoymaq və terrorun sonunu elan etmək əmri versin:

“Əgər PKK liderinin təcrid olunması aradan qaldırılarsa, o, Türkiyə Böyük Millət Məclisinə (TBMM) gələrək terrorun bitdiyini açıqlamalı, eyni zamanda, PKK-nın ləğv edildiyini rəsmən elan etməlidir”.

Dövlət Baxçəlinin çağırışına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl da dəstək vermişdi.

Bu çağırış DEM Partiyası tərəfindən də dəstəklənib, təşkilatın həmsədri Tülay Hatimoğulları üzərlərinə düşəni etməyə hazır olduqlarını açıqlayıb:

Biz deyirik ki, fiziki olaraq gəlib danışsın. Keçən həftə dedik görək nə deyəcək, bu həftə də eyni bəyanatı təkrar edirik. Qoy təcrid bitsin, cənab Öcalan çıxsın, gəlin birlikdə görək nə danışır”.

Həmçinin, “T24”-dən Candan Yıldıza danışan DEM Partiyasının üzvü Sırrı Sakık deyib ki, qarşı günlərdə daha mühüm inkişaflar ola bilər.

Türkiyə mediasının yazdığına görə, 1999-cu ilin fevralından “Türk Cəza Qanunu”nun 125-ci maddəsi ilə Mərmərə dənizindəki İmralı adasında həbs cəzasına məhkum edilən Abdullah Öcalan təşkilatın və terrorun ləğvini elan etdikdən sonra Ankarada özəl mühafizə olunan ev həbsxanasına köçəcək.

Ana səhifəDünyaÖmər Öcalan Abdullah Öcalanla görüşündən danışdı