Metin Arolatın qəfil öldüyü deyilir
Türkiyəli müğənni Metin Arolatın səhnədə konsert verərkən öldüyü bildirilir.
Türkiyə mətbuatının yazdığına görə, Kozyatağında səhnədə mahnı oxuyarkən sənətçinin qəfil halı pisləşib.
Ürək masajı edilən ifaçı ambulansla xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Müğənninin meneceri Halil Yıldırım Arolatın ürək tutmasından vəfat etdiyini bildirib.
Metin Arolat musiqi karyerası dövründə “Ayrılık Olmaz” (1995), “Yine Bir Başıma” (1998), “Kabul Et” (2005), “Lütfen Yaz Gelsin” (2010), “Çok Daha Ötesi” (2010), “Karavan” (2014) albomlarını buraxıb.