ABŞ Azərbaycanı maliyyə şəffaflığı olmayan ölkə sayır

ABŞ-Azərbaycan. Foto: Den Rozhnovsky/shutterstock

“Azərbaycanda fiskal şəffaflıq minimum tələblərə cavab vermir”

Sentyabrın 19-da ABŞ Dövlət Departamenti fiskal şəffaflıqla bağlı illik hesabatını açıqlayıb.

Sənəddə ABŞ-dan yardım alan hökumətlərin büdcə şəffaflığı təhlil edilir.

Bu barədə “Turan” məlumat yayıb.

Bildirilir ki, Dövlət Departamenti Azərbaycanı 2024-cü il üçün fiskal şəffaflığın minimum tələblərinə cavab verməyən və bu istiqamətdə mühüm  irəliləyişə nail olmayan ölkə kimi qiymətləndirib.

Hesabata görə, Azərbaycan hökuməti təbii ehtiyatların hasilatı üzrə müqavilələrin və lisenziyaların verilməsi meyarlarını və prosedurlarını qanunvericilik və normativ aktlarda qismən əks etdirsə də, praktikada bu prosedurlara əməl edib-etmədiyi bəlli deyil.

ABŞ Dövlət Departamenti. Foto: oceanfishing/Shutterstock

Eyni zamanda, sənədi hazırlayanlar qeyd edirlər ki, hesabat dövründə büdcə layihəsi, qəbul edilmiş büdcə və icra haqqında hesabat, ictimaiyyətə açıq olub(o cümlədən onlayn olaraq).

Onlar demək olar ki, hökumətin gəlirlərinin tam mənzərəsini təqdim ediblər. Büdcə sənədləri dövlət müəssisələrinə ayırmaları və onların gəlirlərini açıqlayıb. Borc öhdəlikləri, o cümlədən böyük dövlət müəssisələrinin borcları haqda informasiya əlçatan olub və məqbul müddətdə yenilənib”, – deyə hesabatda vurğulanıb.

Həmçinin hesabatda Azərbaycanın fiskal şəffaflığın artırılması üçün atacağı iki addım təsvir edilib:

Birincisi, təbii ehtiyatların hasilatı üzrə müqavilələrin verilməsi meyarlarının və prosedurlarının qanunda və ya normativ aktlarda tam göstərilməsi. İkincisi, praktikada bu sənədlərin tələblərinə əməl edilməsi”.

Ana səhifəİqtisadiyyatABŞ Azərbaycanı maliyyə şəffaflığı olmayan ölkə sayır