Ötən həftənin sonundan Mərkəzi Avropanı cənginə alan sel fəlakətində ölənlərin sayı artır. Çexiyada bir nəfərin öldüyü, 7 nəfərin itkin düşdüyü deyilir. Polşada 4 nəfərin, Avstriyada isə 2 nəfərin öldüyü məlumdur. Həftəsonu da Polşa, Rumıniya və Avstriyada 8 nəfər həyatını itirmişdi, onlardan biri xilasedici idi.
“Reuters” yazır ki, bəzi Mərkəzi Avropa ölkələrində vəziyyət qismən sakitləşsə də, bəziləri daha böyük təhlükələrə hazırlaşır. Slovakiyada Dunay çayının daşması paytaxt Brotislavanın Qədim Şəhər bölgəsində selə səbəb olub. Yerli media su səviyyəsinin 9 metri keçdiyini və yüksəlmənin gözləndiyini yazır. Yağıntı miqdarı rekordu Çexiyada qeydə alınıb.
Bu, aylıq ortalamadan 5 dəfə çoxdur. Avstriyanın St Polten qəsəbəsində 4 gün ərzində 1950-ci ildə qeydə alınan ən yağışlı payızın tamamından çox yağış yağıb. Polşada Nysa qəsəbəsində bir xəstəxana həkimləri və xəstələri də daxil olmaqla minlərlə adam evakuasiya edilib. Ölkənin bir çox yerində yollar dağılıb, qatarların hərəkətləri məhdudlaşdırılıb.