Komanda Bakıda İsveç yığmasına məğlub olub
Futbol üzrə Azərbaycan milli komandası sentyabrın 5-də UEFA Millətlər Liqasında ilk oyununu keçirib.
Portuqaliyalı baş məşqçi Fernandu Santuşun rəhbərlik etdiyi komanda Bakıda İsveç millisini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyuna saat 20:00-da start verilib. Qarşılaşma Azərbaycan millisinin məğlubiyyəti ilə yekunlaşıb. İsveç yığması Bakıda 3:1 hesablı qələbəyə sevinib.
Azərbaycan yığması C Liqasının 1-ci qrupunda İsveçlə yanaşı, Slovakiya və Estoniya ilə də mübarizə aparacaq.