“Zirə” Konfrans Liqası ilə vidalaşıb

Foto: Meydan.TV

Azərbaycan klubu pley-offda “Omoniya”nı keçə bilməyib

“Zirə” klubu avqustun 29-da UEFA Konfrans Liqasında pley-off matçına çıxıb.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab matçında Bakıda Kiprin “Omoniya” klubu ilə qarşılaşıb. Kiprdə keçirilən ilk görüşdə “Zirə” 0:6 hesabı ilə uduzmuşdu.

Foto: Meydan.TV

“Dalğa Arena”da keçirilən cavab oyunu saat 20:00-da start götürüb. Qarşılaşma “Zirə”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Amma iki oyunun nəticəsinə görə Azərbaycan klubu Konfrans Liqasında mübarizəni dayandırıb.

Foto: Meydan.TV
Ana səhifəİdman“Zirə” Konfrans Liqası ilə vidalaşıb