Ukraynanın “Kursk əməliyyatı”ndan sonra Putin ordu rəhbərliyini topladı

Gerasimovun operativ idarəetmə məntəqələrindən birində olduğu deyilir

Avqustun 7-də Rusiyanın Prezidenti Vladimir Putin müdafiə naziri Andrey Belousov, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun iştirakı ilə “Kursk vilayətində vəziyyətlə bağlı” iclas keçirib.

Toplantıda Putin bildirib ki, Baş Qərargah rəisi Valeri Gerasimov operativ idarəetmə məntəqələrindən birindədir.

O, Kursk yaxınlığındakı vəziyyət barədə videobağlantı vasitəsilə məlumat verib.

Baş Qərargah rəisi bildirib ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələrinin min nəfərə qədər olan bölmələri Sudjanski rayonunun ərazisinin bir hissəsini ələ keçirmək məqsədi ilə hücuma keçib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Kursk istiqamətində Rusiyanın dərinliklərinə doğru irəliləməsi dayandırılıb.

Baş Qərargah rəsinin iddiasına görə, Ukrayna Silahlı Qüvvələrinin itkiləri 315 nəfər təşkil edib, o cümlədən azı 100 nəfər ölüb, qalanları isə yaralanıb:

“Həmçinin 7 tank olmaqla 54 zirehli texnika məhv edilib. Əməliyyat düşməni məğlub edərək dövlət sərhədinə çatmaqla başa çatacaq”.

Avqustun 6-na keçən gecə Kursk vilayətinə daxil olan Ukrayna qoşunları sərhəd zonasında möhkəmlənib.

Rusiya Müdafiə Nazirliyinə yaxın “Rıbar” hərbi “Telegram” kanalının məlumatına görə, avqustun 7-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin bölmələri Sudjanski rayonunun Nikolaevo-Daryino, Sverdlikovo və Darino kəndlərini işğal edib.

Kursk bölgəsi (Daryino Ukrayna sərhədindən ən uzaqdır – dörd kilometr). Həmçinin iddia olunur ki, Ukrayna əsgərləri Rılsk-Sudja magistralına nəzarəti ələ keçirməyə cəhd ediblər.

Ukrayna hərbçiləri təsdiqlənməmiş məlumatlara görə döyüşlərin getdiyi Sudja şəhərinin qərb ətrafı – Qonçarovkaya (sərhəddən səkkiz kilometr aralıda) doğru irəliləyib.

Bundan əlavə, sərhəddə yerləşən Oleşnya kəndində döyüşlər gedir:

“Ukrayna Silahlı Qüvvələri qazın Ukrayna ərazisindən keçməklə Avropaya nəql edildiyi Sudja qazölçmə stansiyasını ələ keçirib. Sərhəddən 500 metr aralıda Sudja keçid məntəqəsinin yaxınlığında yerləşir. Ukrayna Silahlı Qüvvələrinin nəzarət-buraxılış məntəqəsini ələ keçirə bilib-bilmədiyi məlum deyil. “Hərbi müxbirlər” yazır ki, orada sərhədçilər hələ də müdafiə edir”.

Ukrayna və Rusiya tərəfləri texnika itkisinə məruz qalıb. Ukrayna “Telegram” kanalları Ukrayna Silahlı Qüvvələrinin hücumu zamanı iki Rusiya tankının və bir “Ka-52” helikopterinin məhv edildiyi iddia edilən fotoşəkilləri yayıb.

Müharibənin xronikası

2022-ci il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Ana səhifəXəbərlərUkraynanın “Kursk əməliyyatı”ndan sonra Putin ordu rəhbərliyini topladı