Fransa millisi Belçikanı, Portuqaliya Sloveniyanı məğlub edib
İyulun 1-də Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 finalın daha iki oyunu keçirilib.
Günün ilk oyunu Düsseldorfdakı “Esprit Arena”da Fransa və Belçika milliləri arasında baş tutub. Saat 20:00-da başlayan görüşdə Fransa yığması 1:0 hesablı qələbəyə sevinib. Didye Deşamın baş məşqçisi olduğu komanda bu qələbə sayəsində AÇ-2024-də 1/4 finala yüksəlib.
Saat 23:00-da start göturən ikinci matçda isə Portuqaliya və Sloveniya yığmaları üz-üzə gəlib. Oyun “Frankfurt Arena”da keçirilib. Qarşılaşmada əsas və əlavə vaxtda qapılara qol vurulmayıb. Penalti zərbələrini daha dəqiq yerinə yetirən Portuqaliya yığması 1/4 finala vəsiqə qazanıb. Portuqaliyalılar bu mərhələdə Fransa millisi ilə üz-üzə gələcəklər.
İyulun 2-də 1/8 finalın daha iki oyunu keçiriləcək. Rumıniya Niderland, Türkiyə Avstriya millisi ilə qarşılaşacaq.
Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.