AÇ-2024: Avstriya millisi Niderlandı məğlub edib

Fotolar: Reuters

İngiltərə qrup birincisi kimi növbəti mərhələyə yüksəlib

İyunun 25-də Avropa çempionatının qrup mərhələsində 3-cu turun növbəti oyunları keçirilib.

D qrupunda Niderland və Avstriya komandaları üz-üzə gəlib. Oyun Niderland millisinin 2:3 hesablı məğlubiyyəti ilə bitib.

Qrupun digər oyunu Fransa və Polşa milliləri arasında baş tutub. Bu görüşdə qalib müəyyənləşməyib – 1:1.

Bununla da, Avstriya qrup lideri kimi 1/8 finala yüksəlib. Fransa seçməsi isə ikinci yerin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıb. Niderland millisi ən yaxşı qrup üçüncüsü kimi pley-offda iştirak edəcək.

C qrupunda İngiltərə millisi Sloveniyanı sınağa çəkib. Qarşılaşmada hesab açılmayıb.

Bu qrupda Danimarkanın Serbiya yığması ilə görüşü də qolsuz bərabərliklə yekunlaşıb.

Beləliklə, C qrupundan İngiltərə və Danimarkanın növbəti mərhələyə yüksəlməsi rəsmiləşib. Sloveniya yığmasının isə ən yaxşı göstəriciyə malik komandalardan biri kimi 1/8 finala çıxması ehtimalı böyükdür.

İndiyədək meydan sahibi Almaniya, İsveçrə, İspaniya, İtaliya, Avstriya, Portuqaliya, Fransa, Niderland, İngiltərə və Danimarka Avropa çempionatının 1/8 finalına vəsiqəni rəsmiləşdirib.

Ana səhifəİdmanAÇ-2024: Avstriya millisi Niderlandı məğlub edib