Şagirdlərin dönərdən zəhərləndiyi deyilir
Oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə dönərdən zəhərləndiyi ehtimal edilən şagirdlər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.
TƏBİB-in yaydığı məlumata görə, ümumilikdə 20 şagird hospitalizasiya olunur:
“Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən uşaqların müalicələri davam etdirilir”.
TƏBİB-dən bildiriblər ki, dünən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub. 16 şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib.