Zaqatalada güllələnmiş itlərin görüntüsü sosial şəbəkələrdə etiraz yaratdı. Rayonda it sığınacağı yaratmış Nizami Ramazanov həmin vaxt bacısı ilə zorakılığa məruz qaldığını deyir. Ramazanov qərarın icra hakimiyyətindən gəldiyini iddia edir.
Bu sığınacağa Nizami və bacısı xəstə itləri yığır, müalicə edir, qidalandırır. Onlar bunun üçün insanlardan ianə dəstəyi alırlar. Heyvansevərlər hesab edirlər ki, küçə itlərini öldürmək əvəzinə yeni sığınacaqlar salınmalı və onlar qısırlaşdırılmalıdır. Zaqatala İH isə güllələnmələrdən xəbərsiz olduğunu deyir.