Xüsusi karantin rejimi daha 3 ay uzadılıb
Azərbaycan Nazirlər Kabineti xüsusi karantin rejiminin daha üç ay uzadılması barədə qərar verib.
Qərara əsasən, karantin rejiminin müddəti 2023-cü il 2 oktyabr saat 06:00-dək uzadılıb.
Səbəb kimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi göstərilib.
Ən son, iyunun 22-də açıqlanan məlumata görə, ölkədə COVID-19-a yoluxanların sayı 37 nəfər olub, ölən yoxdur.
İndiyədək ümumilikdə 793 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Onlardan 783 644 nəfər müalicə olunaraq sağalıb, 9719 nəfər vəfat edib, aktiv xəstə sayı 369 nəfərdir.
Koronvirus 2019-cu ilin sonları Çində yaranıb, dünyaya yayılıb.
2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan etmişdi.
2023-cü il mayın 5-də isə təşkilatın baş direktoru Tedros Qebreyesus dünyada COVID-19 pandemiyasının sona çatdığını elan edib.
ÜST rəhbəri vurğulayıb ki, bu xəbərə görə ölkələr sayıqlığını itirməməli və son üç il ərzində hazırlanmış qaydaları ləğv etməlidir.