Bura Salyan rayonunun Arbatan kəndidir. Rəsul Rəhimov həyat yoldaşı Şahnaz ilə bu kənddə 30 ildir, heyvandarlıqla məşğuldur.
Şahnaz Rəhimova deyir ki, bütün çətinliklərə birlikdə sinə gəlirlər.
“30 ildir bu həyat tərzi ilə yaşayırıq. Südü satırıq, aparıb otarır, otu gətirib biçirik, ya həyətdə edirik. Hər cür əziyyətə qatlaşmışıq. Onunla biz şərik olmuşuq. Mən də onun cinağında bir kişi kimi durmuşam, qadın kimi yox. Çölə gedib, çölə gəlmişəm, evə gedib, evə gəlişəm, ota gedib, ota gəlmişəm. Hər cür əziyyətə mən onunla qatlaşmışam.
Rəhimovlar ailəsinin “çörək ağacı” təkcə mal-qaradır. Şahnaz Rəhimova deyir, hər şeyin bahalaşması heyvana da təsir edir, saxlamağı çətinləşdirir.
“Məsələn, otun birini, “pres”in birini 5 manata alırıq. Bir az yerimiz var, 40 sotluq yerimiz var. İldə 1000 dənə “pres” alıram. Birini 5 manata, 3 manat 50 qəpiyə. Heyvanımız xəstələndi, getdik sistem aldıq gətirdik, iynəsini vurduq, davasını, dərmanını. Onları özümüz öz pulumuzla edirik. O satdığım süd pulu ilə, mal satıram, dana satıram o pullarla edirik. Bu şeyi saxlaya bilirik. Amma satırıq, yeyirik. Yeməsək də, olmur axı. Unun kisəsini 22 manata alırıq, şəkər yemini 30 manata alırıq, kəpək 7-8 manatdır. Hamısını o südü satıram, bir dəfə özümüz yeyəndə bir dəfə də onlar üçün alıram ki, axşama yemləri olsun. Heyvanlar üçün 400 manatlıq yem alıram.
Rəhimovlar deyir, heyvanların yemi bir dərd, suyu ayrı dərd. Kəndə yeni çəkilən su xətti hələ istifadəyə verilməyib.
“30 ildir ancaq “baseni”dən istifadə edirik. Pulla, 15 manata alırıq, 12 manata alırıq. 15 gündən bir, 20 gündən bir. Baxır o bizim işlətməyimizə də. Kasıb adamıq, hara gedib şikayət edəcəyik? Kim baxacaq bizim sözümüzə?
Rəhimovlar ailəsinin arzusu özünəməşğulluq proqramına qoşulub mal-qaralarının sayını artırmaqdır. Görünən odur ki, övladları da həyatlarını bu işdən qazanacaqlar.