Türkiyədə zəlzələdən zərərçəkənlərə Azərbaycanda yardım toplanır. Kampaniya Bakıda çalışan türk iş adamlarının təşəbbüsü ilə başladılıb və “Doğtaş” mebel mağazasında keçirilir.
Təşkilatçılar deyir ki, zərərçəkənlərin əsasən, çadır, yataq, yorğan, döşək, isti paltarlara ehtiyacı var.
Fevralın 6-da Türkiyədə baş verən güclü zəlzələdən ölənlərin sayı artır. Son rəqəmlərə görə, 3 min 381 nəfər həyatını itirib, 20 min 426 nəfər yaralanıb.