68 təyinatın içərisində cəmi 4 qadın var
İsmayıl Kamil oğlu Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilib.
Prezident İlham Əliyev dekabrın 28-də bununla bağlı sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Prezident Məhkəmə-Hüquq Şurasının təkliflərini, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq bir sıra məhkəmələrdə dəyişikliklər edib.
Apelyasiya məhkəmələri üzrə 8 təyinat, 1 vəfizədən azad olunma var:
İlham Məmməd oğlu Cəfərov Bakı Apelyasiya Məhkəməsi sədrinin müavini təyin edilib;
Teyyub Asif oğlu Muxtarov Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini təyin edilib;
Zaur Mirzağa oğlu Allahyarov Şirvan Apelyasiya Məhkəməsinin sədrinin müavini təyin edilib;
Məmməd Allahverdi oğlu Məmmədov Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri vəzifəsindən azad edilib;
Rafael Əmir oğlu Eyvazov Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilib;
Rafiq Musa oğlu Cəfərov Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilib;
Zaur İkram oğlu Məmmədov Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilib;
İlham Qoşunəli oğlu Əsədov Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilib;
Elçin İsgəndər oğlu Xasməmmədov Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilib;
Ağır cinayətlər məhkəmələri üzrə də yeni təyinatlar var. Belə ki, Bakı İnzibati Məhkəməsinin hakimi Şəlalə Akif qızı Həsənova vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib. O, bu məhkəmənin hakimi və yeni sədr təyin olunan İsmayıl Xəlilovun müavini olacaq. Elxan Xasay oğlu Süleymanov isə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilib.
Hərbi məhkəmələr üzrə təyinatlara gəlincə, bölgələr üzrə təyinatlar var. Belə ki, Əli Ziya oğlu Süleymanov Füzuli Hərbi Məhkəməsinin, Vüqar Kamal oğlu Məmmədov Gəncə Hərbi Məhkəməsinin, İlqar Məsail oğlu Quliyev isə Tərtər Hərbi Məhkəməsinin sədri təyin edilib.
Prezidentin sərəncamına əsasən, Zeynal Qurban oğlu Ağayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Hərbi Məhkəməsinin hakimi təyin olunub.
Bakı şəhərinin rayon məhkəmələri üzrə də təyinatlar var.
Şeyda Ədalət qızı Məhərrəmova Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.
Azər İslah oğlu Paşayev isə Bakı Ağır Сinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi və sədri təyin olunub.
Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Bəhram oğlu Həsənov da vəzifəsindən azad edilib və o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.
İlqar Zahid oğlu Qaralov Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi və sədri olub.
İlham Əziz oğlu Kərimli isə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.
Faiq Adil oğlu Qasımov Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi və sədri olacaq.
Vidadi Kamal oğlu Qasımov da Şəki İnzibati Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.
Rasim Sarı oğlu Kazımov isə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri vəzifəsini icra edəcək.
Rayon (şəhər) məhkəmələri üzrə də təyinatlar var.
Elçin Məmməd oğlu Kazımov Abşeron Rayon Məhkəməsinin, Sulduz Paşa oğlu Ləzimov Ağcabədi Rayon Məhkəməsinin, Elşad Abdulla oğlu Bayramov Ağdam Rayon Məhkəməsinin, Hümbət Qamuna oğlu Səlimov Balakən Rayon Məhkəməsinin, Ramiz Vəliş oğlu Nurullayev Beyləqan Rayon Məhkəməsinin, Gündüz Qasım oğlu Abbasov Bərdə Rayon Məhkəməsinin, Vüsal Adil oğlu Cəbrayılov Cəlilabad Rayon Məhkəməsinin sədri olub.
Aqil Əlisa oğlu Musayev də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Füzuli Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.
Toğrul Məhəmməd oğlu Məmmədov Lənkəran Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Goranboy Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsinə gətirilib.
Elçin Firudin oğlu Qurbanov Şirvan Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Göyçay Rayon Məhkəməsinin hakimi və sədri təyin olunub.
Zaur Nazim oğlu Hüseynov Gəncə Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Hacıqabul Rayon Məhkəməsinin hakimi və sədri, Xıdır İnqilab oğlu Quliyev isə Xaçmaz Rayon Məhkəməsinin sədri təyin edilib.
Sərəncama əsasən, İlqar Hidayət oğlu Cabbarov Şirvan Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Xızı Rayon Məhkəməsinin hakimi və sədri, Həsən Salman oğlu Qəniyev Kəlbəcər Rayon Məhkəməsinin sədri, Samir Əlibala oğlu Məmmədov Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Quba Rayon Məhkəməsinin hakimi və sədri təyin olunub.
Anar Adil oğlu Qasımov da Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qusar Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsinə göndərilib.
Laçın Rayon Məhkəməsinə isə bundan sonra Cavad Cavanşir oğlu İbrahimov sədrlik edəcək.
Kamran Şakir oğlu Süleymanov Oğuz Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Lənkəran Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.
Masallı Rayon Məhkəməsinin sədri vəzifəsi isə Firdovsi Zülfü oğlu Əliyevə həvalə olunub.
Nemət Şirkət oğlu Paşayev Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Mingəçevir Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilib.
Digər təyinatlara gəlincə:
Ayaz Aydın oğlu Səlimov Masallı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naftalan Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilib;
Ceyhun Tofiq oğlu Qədimov Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Neftçala Rayon Məhkəməsinin hakimi və sədri təyin olunub;
Səadət Nazim qızı Zeynalova Samux Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Oğuz Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;
Adil Yaqub oğlu Vəliyev Qusar Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Salyan Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;
Gündüz Əhməd oğlu Şirinov Gəncə Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Samux Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;
Bəylər Ramiz oğlu Ələkbərov Siyəzən Rayon Məhkəməsinin sədri təyin edilib;
Fərid Murtuza oğlu Yaqubov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şamaxı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;
Ceyhun Rasim oğlu Əhmədov Şəki Rayon Məhkəməsinin sədri təyin edilib;
Etibar Zülfüqar oğlu Hümbətov Şamaxı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şirvan Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilib;
Sərdar Bəşərəddin oğlu Mehrəliyev Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şuşa Rayon Məhkəməsinin hakimi və sədri təyin olunub;
Tahir Möhsüm oğlu Qubadov Zərdab Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Tərtər Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;
Qafil Yavər oğlu Baxşıyev Tovuz Rayon Məhkəməsinin sədri təyin edilib;
Hilal İsmayıl oğlu Xəlilov Ucar Rayon Məhkəməsinin sədri təyin edilib;
Toğrul Məhəmməd oğlu Əliyev Yevlax Rayon Məhkəməsinin sədri təyin edilib;
Vüqar Nemət oğlu Məmmədov Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Zaqatala Rayon Məhkəməsinin hakimi və sədri təyin olunub;
İlqam Elxan oğlu Həsənquliyev Yardımlı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Zərdab Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;
İlqar Aslan oğlu Məmmədov Quba Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Astara Rayon Məhkəməsinin hakimi təyin olunub;
Nüsrət Fətulla oğlu Mirzəyev Biləsuvar Rayon Məhkəməsinin hakimi təyin edilib;
Telman Osman oğlu Quliyev İmişli Rayon Məhkəməsinin hakimi təyin olunub;
Muradağa Əhmədağa oğlu Qasımov Salyan Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Lənkəran Rayon Məhkəməsinin hakimi təyin olunub;
Zeynal Ağabala oğlu Zeynalov Masallı Rayon Məhkəməsinin hakimi təyin olunub;
Rəşad Nizami oğlu Qoşqarlı Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi təyin olunub;
Gülnarə Fikrət qızı Tağızadə Sumqayıt Şəhər Məhkəməsinin hakimi təyin edilib.
Sərəncama əsasən, Hüseyn Məmməd oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilib.
İslam Əli oğlu Əliyev isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi olub.
Beləliklə, Prezidentin sərəncamı ilə ümumilikdə 68 nəfər yeni təyinat alıb. Onlardan 4-ü qadındır. Qadınlardan
ikisi məhkəmə sədri, biri sədrin müavini, biri isə hakim təyin edilib.