DSX: “Hərbçi özünü odlu silahla vurub, vəziyyəti ağırdır” (yenilənib)

Foto: DSX

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Kənan Nuriyevin odlu silahdan özünə xəsarət yetirməsi ilə bağlı cinayət işi açılıb.

Hərbi Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, Şəmkir Hərbi Prokurorluğun əməkdaşları hadisə yerinə baxış keçirilib: “İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra olunub”.

Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlərin dindirildiyi qeyd olunub:

“Müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək”.


Kənan Nuriyevin Gəncə Mərkəzi Klinikasına yerləşdirildiyi bildirilir

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Kənan Nuriyevin odlu silahla özünə xəsarət yetirdiyi bildirilir.

Bu barədə dekabrın 1-də Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilir ki, Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Divizyasında idmət edən müddətli həqiqi hərbi xidmətdə olan K.Nuriyev odlu silahdan özünə xəsarət yetirib.

“Kənan Nuriyevə ilkin tibbi yardım göstərildikdən dərhal sonra onu Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Ardınca o, Gəncə Mərkəzi Klinikasına köçürülüb. Hazırda hərbçinin vəziyyəti ağır olaraq qiymətləndirilir”, – deyə DSX əlavə edib.

DSX olayla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirildiyini qeyd edib.

Əsgərin yaxınları ilə əlaqə saxlamaq mümkün olmadığından onların mövqeyi bəlli deyil.

Ana səhifəXəbərlərDSX: “Hərbçi özünü odlu silahla vurub, vəziyyəti ağırdır” (yenilənib)