Qurban bayramı ilə bağlı ölkə boyunca 134 ünvanda kəsim-satış məntəqəsi yaradılıb. Qurbanlıq heyvanlar AQTA-nın nəzarətində olan fermalardan gətirilir.
Öncədən sifariş etmək üçün Kənd Təsərrüfatı Nazirliyi qurbanliq.kendden.az saytını yaradıb. Online qaydada sifariş edənlər qoyun ətini kəsimsiz 6.30, birbaşa yerindən alanlar isə 6.50 manatdan alırlar.
KTN nümayəndəsi bildirir ki, satış məntəqələrində qiymətlərin ucuz olmasına çalışıblar.
Heyvanlar kəsiləndən sonra tullantı suları Akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həyətinə axıdılır.
AQTA-nın nümayəndəsi yaranmış durumla bağlı suallarımıza cavab verməkdən yayındı.
Kənd Təsərrüfatı Nazirliyi və AQTA-nın yaratığı məntəqələr iki gün işləyəcək