Ramana qəsəbəsi, Şuşa şəhərciyinin sakinləri illərdir həllini tapmayan yol problemindən danışırlar. 20 ilə yaxındır şəhərciyin problemləri bitib-tükənmir. Onlar deyir ki, yaşadıqları ərazidə mərkəzi küçələr asfaltlansa da, ara məhəllələrə tərəf baxan yoxdur.
Qonşular deyir, bu illər ərzində imkan tapdıqca özləri yolları təmir etdiriblər. Hətta, onlar indi də aidiyyatı qurumlara yardıma hazırdırlar.
Prezident İlham Əliyevin 2021-ci il sərəncamına görə Sabuncu rayonunun Bakıxanov, Bilgəh və Ramana qəsəbələrinə dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,4 milyon manat vəsait ayrılıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözcüsü Anar Nəcəfli bildirdi ki, sözügedən ərazidə bütün yolların təmiri nəzərədə tutulur
Sakinlər ümid edirlər ki, növbəti ildə övladları təmirli yollarla məktəbə gedəcəklər.