İcra nümayəndəsi Zahir Əmənovdan şikayət edib
“Cənub.az” saytının rəhbəri, uzun illər “Cənub xəbərləri” qəzetinin baş redaktoru olmuş Zahir Əmənov saxlanılıb. O, rəhbərlik etdiyi saytda rüsvayedici məlumatlar yaymaq hədəsilə pul tələb etməkdə ittiham olunur.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Zahir Əmənov Masallı Rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazi icra nümayəndəsi İsrafil Əliyevin aprelin 13-də polis şöbəsinə şikayəti əsasında saxlanılıb. İcra nümayəndəsi iddia edir ki, Zahir Əmənov onun övladının səs yazısını yaymaqla hədələyib və bunun baş verməməsi üçün 1500 manat pul tələb edib.
Masallı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.
Zahir Əmənovun yaxınları isə bu ittihamın əsassız olduğunu bildirib.