Ukraynadan xüsusi reportaj: Dünyanın ən böyük təyyarəsi bərpa olunacaq

Dünyanın ən böyük təyyarəsi olan Antonov AN-225 Rusiyanın Ukraynaya hücumu zamanı məhv edilib.

“Mriya” və ya Ukrayna dilində “yuxu” adlı nəhəng təyyarə Kiyev yaxınlığındakı aerodromda idi.

Ukrayna rəsmiləri təyyarəni yenidən quracaqlarını bildiriblər.

Bu hücum Sovet İttifaqı dövründən bəri 30 ildən çox xidmət göstərmiş təyyarənin sonu olub.

AN-225 bəzən digər ölkələrdəki böhranlar zamanı hava yardımına kömək edib. 

2010-cu ildə Haiti zəlzələsindən sonra Dominikan Respublikasına yardım ləvazimatları çatdırıb.

Covid pandemiyasının ilk günlərində isə təsirlənmiş ərazilərə tibbi ləvazimatların daşınması üçün istifadə edilib.

“Mriya” indiyə qədər hazırlanmış ən ağır təyyarədir.

Ana səhifəVideoUkraynadan xüsusi reportaj: Dünyanın ən böyük təyyarəsi bərpa olunacaq