Ukrayna hesabat yayıb: Hərbi cinayətdə ittiham olunan zabitlərin arasında azərbaycanlılar da var

Ukrayna Müdafiə Nazirliyi. Mənbə: Sarakhan Vadym/shutterstock

10 Azərbaycan əsilli hərbçinin adı qeyd olunub

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Kiyev vilayətinin bir neçə şəhərində Rusiya ordusu tərəfindən törədilmiş hərbi cinayətlər barədə hesabat dərc edib. Hesabatda bu cinayətdə iştirak etmiş Rusiya 35-ci ordu birləşməsinin 64-cü briqadasının hərbçilərinin iştirak etdiyi bildirilir.

İdarə briqadanın şəxsi heyətinin siyahısını da dərc edib.

Mindən çox şəxsin kimliyi yazılmış siyahıda digər millətlərlə yanaşı, bir neçə Azərbaycan əsilli hərbiçinin də adı var. Onlar Rusiyanın DİN və Müdafiə Nazirliyinin əsgər və zabitləridir.

Yefreytor Əliyev Yaşar İlqar oğlu – 06.10.1998, Blaqoveşensk şəhəri

Sıravi Nəsirov Anar Samur oclu, 08.03.1998, Novosibirsk şəhəri

Paşayev Rauf Füzuli oğlü, 31.08. 1998, Saratov vilayəti, Balaşovo şəhəri

Sıravi Məmmədov Mais Əlipaşa oğlu, 24,07.1995 , Xabvrovsk şəhəri

Serjant Fəttəhov Vaqif Nəriman oğlu, 04.01. 1990, Amur vilayəti

Serjant Bağırov Ərdoğan Yadigar oğlu, 15.06,1993, Xabarovsk,

Serjant Əliyev Vüsal Talıb oğlu, 16.11. 1993, Obluçye şəhəri

Praporşik Mikayılov Əkəm Mirzəli oğlu, 13,01,1998 Xabavrovsk

Kapitan Əkbərov Roman Maqsud oğlu, 331,08.1985, Moskva, Lyblino

Mayor Məmmədov Faiq Saməddin oğlu, 24,11, 1978, Birobican

Ana səhifəSiyasətUkrayna hesabat yayıb: Hərbi cinayətdə ittiham olunan zabitlərin arasında azərbaycanlılar da var