Çexiya Prezidenti Putini “dəli” adlandırıb

M.Zeman və V.Putin. Foto: Ria.ru

O, Rusiyanın SWIFT beynəlxalq bank sistemindən çıxarılmasına çağırıb

Çexiya Prezidenti Miloş Zeman Rusiyanın Ukraynaya hücumunu pisləyib.

Vladimir Putinin müttəfiqi və pərəstişkarı kimi şöhrət qazanan Zeman televiziya ilə çıxışında Rusiya Prezidenti Vladimir Putini “dəli” adlandırıb. O, Rusiyanın SWIFT beynəlxalq bank sistemindən çıxarılmasına çağırıb.

“Bu, nəinki sözdə, həm də əməldə ən sərt şəkildə pislənilməli olan əsassız təcavüz aktıdır“.
Sonra o İkinci Dünya Müharibəsi dövründə Rusiyanın etdiklərini yada salaraq bildirib:

Çexiyada aksiya. Foto: Meydan TV

“Bu, o demək deyil ki, xarici ordunun suveren dövlətin ərazisinə müharibə elan etmədən daxil olmasına razı olacam. Rusiyanın hərəkəti sülhə qarşı cinayətdir“.
Fevralın 24-də Çexiyanın paytaxtı Praqada Ukraynaya dəstək mitinqi də keçirilib.

Ana səhifəDünyaÇexiya Prezidenti Putini “dəli” adlandırıb