Ermənistan mülki əhaliyə atəş açıldığını deyir, Azərbaycan təkzib edir

Xocavənd, Foto: Sputnik.az

Hadisənin Xocavənd rayonunda baş verdiyi qeyd olunur

Ermənistan informasiya mənbələri Azərbaycan silahlı qüvvələrinin Xocavənd rayonunun Karmir Şuka və Taqavard icmalarını atəşə tutduğu barədə məlumat yayıb.

Hadisənin yanvarın 10-da saat 14:30 radələrində baş verdiyi qeyd olunub.

“Dinc əhaliyə qarşı yönəlmiş növbəti təxribat nəticəsində Karmir Şuka icmasının uşaq bağçası ərazisində dayanan “UAZ” markalı avtomobil yanıb. Hadisə yerinə gedən yanğınsöndürənlər də yanğını söndürərkən yanğına məruz qalıblar. İlkin məlumata görə, 10 dəqiqəyə yaxın davam edən atışmada xəsarət alan olmayıb”,-deyə “Armenpress” yayıb.

Azərbaycan Müdafiə Nazirliyi “Report”un sorğusuna cavabında yayılan məlumatı təkzib edib. Bildirilib ki, Azərbaycan Ordusu mülki əhalini və obyektləri atəşə tutmayıb:

“Hazırda bu istiqamətdə sakitlikdir. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur”.

Ana səhifəSiyasətErmənistan mülki əhaliyə atəş açıldığını deyir, Azərbaycan təkzib edir