İctimai fəalın cinsi təcavüzə məruz qalmasıyla bağlı aparılan istintaq yekunlaşıb

Foto: Meydan TV

Cinayət işi məhkəməyə göndərilib

İctimai fəal Sənay Yağmurun cinsi təcavüzə məruz qalmasıyla bağlı istintaq yekunlaşıb. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Sənay Yağmura qarşı təcavüzə görə xalası oğlu Əsgər Ağazadə məsuliyyətə cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu cinayət işi üzrə istintaq təxminən bir il Yasamal Rayon Prokurorluğunda aparılıb. İctimai fəal şikayətçi olsa da, Əsgər Ağazadə məsuliyyətə cəlb edilməyib. Bir müddət öncə məsələ ictimailəşəndən sonra cinayət işini Baş Prokurorluğun rəhbərliyi nəzarətə götürüb. Araşdırmaların davam etdirilməsi isə Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Ardınca Əsgər Ağazadə həbs edilib.

Lakin o, özünü təqsirli bilmir. Xalası qızına cinsi təcavüz etməsi barədə iddiaları rədd edir.

Ana səhifəXəbərlərİctimai fəalın cinsi təcavüzə məruz qalmasıyla bağlı aparılan istintaq yekunlaşıb