Azərbaycan – Ermənistan dövlət sərhədinin Geğarkunik – Kəlbəcər istiqamətində atəşkəs yenə pozulub. Atışmanın gün ərzində bir neçə saat davam etdiyi bildirilir. Azərbaycan tərəfi atəşkəsin pozulmasında Ermənistanı ittiham edib. Ermənistan tərəfi də atışmaları “Azərbaycanın təxribatı” adlandırıb. Ermənistan Müdafiə Nazirliyi, həmçinin 1 hərbçisinin öldüyünü, 8-nin yaralandığını bildirib. Onların 6-nın vəziyyəti ağırdır. Azərbaycan tərəfindən itkilər barədə məlumat yoxdur.
Sərhəd atışmaları 8 dekabrdan yenidən intensivləşib. Həmin tarixdə Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Asif Əliyev həlak olmuşdu.