“Taliban”ın naziri: Qadınların təhsil hüququ var, amma hicab taxmalıdırlar

Xayrulla Xayrxva: “Əfqanıstanda seçkilər keçirilərsə, qadınlar İslam qanunlarına riayət etməklə iştirak edəcəklər”

Source: Meydan.tv


Xayrulla Xayrxva: “Əfqanıstanda seçkilər keçirilərsə, qadınlar İslam qanunlarına riayət etməklə iştirak edəcəklər”

“Əfqanıstan qonşuları və region ölkələri ilə yaxşı münasibətlər qurmağa ümid edir”.

Bunu “Report”a müsahibəsində “Taliban”ın keçid hökumətinin nümayəndəsi, informasiya və mədəniyyət naziri vəzifələrinin icraçısı molla Xayrulla Xayrxva

deyib.

Onun sözlərinə görə, Əfqanıstanın bütün ticarət limanları qonşu ölkələrin üzünə açıqdır: “İran, Pakistan, Özbəkistan və Türkmənistan artıq Əfqanıstana humanitar yardım göndərib. Eyni zamanda, bütün bu ölkələrin Əfqanıstan haqqında bəyanatları çox müsbətdir. Əfqanıstan İslam Əmirliyi mövcud şəraitdə ölkəyə nəzarəti ələ alıb və bu zaman “Taliban” hərəkatı bütün beynəlxalq qanunlara riayət edib”.

Əfqanıstanda gender bərabərliyi məsələsinə toxunan molla X.Xayrxva deyib ki, ümumilikdə ölkə qadınlarının təhsil almaq və işləmək hüququ var, amma onlar hicab taxmalıdırlar.

“Etiraf edirik ki, (ordu) qüvvələrimizin bəzi nümayəndələri onlarla (qadınlarla) pis rəftar ediblər, lakin artıq dediyim kimi qadınlar İslam şəriətinə uyğun olaraq təhsil almaq və işləmək hüququna malikdirlər”, – o, Kabildə qadınların təşkil etdiyi nümayişlərin dağıdılması haqqında sualı belə şərh edib.

Xayrulla Xayrxvanın sözlərinə görə, Əfqanıstanda seçkilər keçirilərsə, qadınlar da İslam qanunlarına riayət etməklə iştirak edəcəklər: “Hələlik seçkilər haqqında danışmaq tezdir, Əfqanıstan İslam Əmirliyinin rəsmi nümayəndələri gələcəkdə seçkilər haqqında qərar qəbul edəcəklər. Əgər seçki keçirsək, beynəlxalq ictimaiyyət onu tanımalıdır”.

Avqustun 15-də “Taliban” Hərəkatı bütün Əfqanıstan ərazisində hakimiyyəti ələ keçirdiyini bəyan edib.

Ölkədə hakimiyyət Müvəqqəti Şuraya verilib. Bildirilib ki, keçid hökuməti – Şura hakimiyyəti “Taliban”a ötürəcək.

Müvəqəti Şuranın tərkibinə daxil olanlar arasında milli barışıq üzrə Ali şuranın sədri Abdulla Abdulla və keçmiş prezident Həmid Kərzai də yer alıb.

Əfqanıstan prezidenti Əşrəf Qəni avqustun 15-də istefa verərək ölkəni tərk edib.

O, qan tökülməsinin qarşısını almaq üçün bu addımı atdığını deyib.

Ana səhifəDünya“Taliban”ın naziri: Qadınların təhsil hüququ var, amma hicab taxmalıdırlar